Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər Evinin rəhbərləri ilə görüş keçirilib

Gənclər Evinin rəhbərləri ilə görüş keçirilib


Gənclər Həftəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən Regional Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin rəhbər və nümayəndələri üçün “Məlumatlı ol, təhlükəsiz yaşa!” adlı görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi tərəfindən informasiya təhlükəsizliyi barədə məlumatlar diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Bakı Gənclər Mərkəzində keçirilən tədbirin məqsədi iştirakçıların informasiya təhlükəsizliyini, bu sahədə Azərbaycanın milli təhlükəsizliyini, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması haqqında məlumatlandırılmasını təmin etmək və zəruri tədbirlərin görülməsinə dəstək olmaqdır.

Süleyman
Xəbəri paylaş