Fevralın 3-də və 4-də Bakıda və ayrı-ayrı rayonlarda vətəndaşlardan 16 silah götürülüb.
Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxt və ayrı-ayrı rayonlarda 1 ədəd avtomat silahı, 1 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Bundan başqa, həftəsonu qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 2 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 73 ədəd müxtəlif çaplı patron götürülüb.
Mehman Mehdiyev