Kanada hökuməti İsrail və HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Newscenter.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli deyib. “Canadian Broadcasting”ə müsahibəsində kanadalı nazir qeyd edib ki, İordan çayının qərb sahilində zorakılığa sövq edən israilli mühacirlər, eləcə də Fələstinin HƏMAS qruplaşmasının liderlərinə qarşı sanksiyalar tətbiq edİLəcək:
“Biz bunun üzərində fəal işləyirik. Mən Ukraynada olduğum müddətdə Ottavada iş aparıldığına əminəm və yaxın zamanda elanı səbirsizliklə gözləyirəm”,-deyə kanadalı nazir bildirib.
Qeyd edək ki, Kanadanın baş naziri Castin Trudeau da bundan əvvəl İrodan çayının Qərb Sahilində zorakı yolla məskunlaşanlara sanksiya tətbiq etməyi düşündüklərini açıqlayıb. Eyni zamanda ABŞ da israilli köçkünlərə qarşı sanksiyalar tətbiq edib.
Mehman Mehdiyev