“Azərbaycan xalqının fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində doğru seçim edərək hazırkı prezident İlham Əliyevə etimad göstərəcəyinə və onu yenidən dövlət başçısı seçəcəyinə heç bir şübhəm yoxdur. Çünki Azərbaycanın bu günkü inkişaf və tərəqqisinin davam etməsi lazımdır. Onu isə yalnız və yalnız Cənab İlham Əliyev davam etdirə bilər”.
Bu fikirləri Newscenter.az-a Niderland Krallığında fəaliyyət göstərən Hollandiya Türk-Azərbaycan Dərnəyinin rəhbəri İlhan Aşkın səsləndirib. Dünyanın hər bir ölkəsində olduğu kimi Niderlandda yaşayan azərbaycanlıların da seçki prosesində fəal olacağına, səsvermə prosesində aktivlik nümayiş etdirəcəyinə şübhə etmədiyini deyən İlhan Aşkın ötən müddət ərzində azərbaycanlılar arasında səsvermədə aktiv olmaları ilə bağlı təbliğat işlərinin aparıldığını da diqqətə çatdırıb:
“Necə ki, Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycan xalqını Müzəffər Ordusu ilə bərabər qalib etdi və erməni işğalına son qoydu, eləcə də 7 fevralda Azərbaycan seçiciləri İlham Əliyevi qalib edəcəklər. Buna tam əminəm. Çünki xaricdə yaşayan azərbaycanlılar məhz 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra başlarını dik tuta, qürurla gəzə bilirlər. İndi bu mənəvi borcu qaytarmağın zamanıdır”.
Süleyman