Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Mənsimov əməliyyat olunub

Mübariz Mənsimov əməliyyat olunub


"Palmali Holding" Şirkətinin İdarə Heyətinin sədri Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib.

Newscenter.az xəbər verir ki. bu barədə məlumatı şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva verib. O bildirib ki, Mübariz Mənsimovun vəziyyəti hazırda stabildir və həkimlərin nəzarəti altındadır.

Fidan Quliyeva deyib ki, Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində əməliyyat olunub.

Bu arada Mübariz Mənsimov da sosial şəbəkə üzərindən mövcud durumu ilə bağlı paylaşım edib. Mənsimov, “Özümü yaxşı hiss edirəm, narahatçılığa heç bir əsas yoxdur. Həkimlər tərəfindən lazım olan bütün tədbirlər görülür. Səhhətimlə maraqlanan və narahat olan hər kəsə təşəkkür edirəm. Yaxşıyam”,-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş