“Nikol Paşinyan özünü və dövləti idarə edə bilməyən bir ölkə rəhbəridir. Paşinyan hər kənddə, hər şəhərdə fərqli-fərqli mövqelər ortaya qoyur. Xarici ölkədə hansısa beynəlxalq tədbirdə bir fikir bildirir, Ermənistana qayıdanda, daxildə isə həmin fikrin tamamilə əksini söyləyir”.
Bu fikirləri Newscenter.az-a səsləndirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun sözlərinə görə, bu da onu göstərir ki, Paşinyan müstəqil siyasət yürüdə bilmir:
“Hesab edirəm ki, biz dövlət olaraq öz məqsədlərimizə çatmaq və prinsiplərimizi həyata keçirmək üçün diplomatik aktivliyi daha da artırmalıyıq ki, qarşıya qoyduğumuz məqsədlərə nail olaq”.
Mərkəz rəhbərinin qənaətincə, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti və Azərbaycan zəfəri ölkəmizə o imkanı yaradıb ki, rəsmi Bakı regionda pozitiv dəyişikliklərə nail olsun:
“Bu dəyişikliklər də öz növbəsində dövlətimizin və xalqımızın inkişafına təkan versin”.
Süleyman