Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın populyar 102.0 FM «Avtoradio» radio kanalında müasir Azərbaycan musiqilərinin yayımlanması layihəsinə başlanılıb

Özbəkistanın populyar 102.0 FM «Avtoradio» radio kanalında müasir Azərbaycan musiqilərinin yayımlanması layihəsinə başlanılıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək mətbuatı, televiziya və radio kanalları ilə sıx əməkdaşlıq yaratmış və hazırda milli mədəniyyətimiz, musiqimizin təbliği ilə bağlı birgə layihələr işlənilir.

Newscenter.az xəbər verir ki, bununla əlaqədar, media şirkətləri ilə əldə olunan razılıq əsasında Özbəkistanın yerli radio kanallarında müxtəlif verilişlər çərçivəsində Azərbaycan incəsənət ustalarının musiqilərinin yayımlanması həyata keçiriləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzi cari ilin fevral ayının 5-dən Özbəkistanın 102.0 FM tezliyində yayımlanan və ölkədə populyar «Avtoradio» radio kanalında müasir Azərbaycan estradasının nümayəndələrinin musiqilərinin yayımlanmasına başlayıb.

İlkin olaraq müasir Azərbaycan musiqisi, estradasının nümayəndələri, xalq artistləri Gülyanaq Məmmədova, Röya Ayxan, Brilliant Dadaşova, Aygün Kazımova, Eyyub Yaqubov, Faiq Ağayev, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Ədalət Şükürov, İlkin Əhmədov, müğənni Çinarə Məlikzadə, Almaxanım Əhmədlinin ifa etdikləri musiqilər seçilərək Özbəkistanın 102.0 FM «Avtoradio» kanalına təqdim edilmişdir.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə musiqi nömrələri Özbək tərəfinin kriteriyaları əsasında seçilmiş və gələcəkdə növbəti mərhələlərdə digər Azərbaycan incəsənət ustalarının musiqiləri də dinləyicilərə təqdim olunması məqsədi ilə radio kanallarına təqdim olunacaqdır.

Qeyd edək ki, «Avtoradio» kanalında «Azərbaycan musiqisini kəşf et» adlı radioveriliş çərçivəsində müasir Azərbaycan estradasının nümayəndələrinin musiqiləri Novruz bayramına qədər efirdə səsləndiriləcəkdir.

«Azərbaycan musiqisini kəşf et» adlı I mərhələ başa çatdıqdan sonra gələcəkdə bu ənənə həm «Avtoradio» kanalı, həm də Özbəkistanın digər populyar radio kanalları ilə daimi olaraq davam etdiriləcəkdir.

Süleyman
Xəbəri paylaş