Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda fundamental islahatlar başlayacaq -TOKAYEV

Qazaxıstanda fundamental islahatlar başlayacaq


“Tezliklə Qazaxıstanda mühüm fundamental islahatlar başlayacaq. Bu da bizim iqtisadiyyatımızı daha açıq, sabit və dinamik edəcək".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu fikirləri Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev səsləndirib.

Dövlət başçısı bildirib ki, islahatların məqsədi Qazaxıstanda biznesin aparılmasının standartlarını, qaydalarını və təcrübələrini İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı səviyyəsinə çatdırmaqdır.

Qeyd edək ki, fevralın 7-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin sədrliyi ilə hökumətin genişləndirilmiş iclasının keçirilməsi nəzərdə tutulub. Həmin iclasda islahatlara başlanıldığı barədə ictimaiyyətə məlumatın veriləcəyi iddia olunur.

Mehman Mehdiyev
Xəbəri paylaş