2024-cü il, mart ayının 1-dən etibarən Rusiyada ən böyük VPN xidmətləri bloklanacaq.
Newscenter.az Info24.ru-ya istinadən bildirir ki, bu barədə “Təhlükəsiz İnternet Liqası”nın direktoru Yekaterina Mizulina bildirib.
“VPN, xüsusən də pulsuz olanı, ümumiyyətlə, cəhənnəmə gedən bir portaldır. Çünki məlumatlarınız cihazınızdan sonsuz olaraq oğurlanır. Hakimiyyət bütün VPN-ləri bloklaya bilməyəcək, lakin onlar ən böyük xidmətləri bloklayacaqlar”, - Mizulina bildirib.
Qeyd edək ki, əvvəlki illərdə də Rusiyada VPN-nin müxtəlif xidmətləri bloklanmışdı.
Mehman Mehdiyev