Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkilərdən sonra cəmiyyətin müxtəlif sahələrini əhatə edən islahatlar aparılacaq -DEPUTAT

Seçkilərdən sonra cəmiyyətin müxtəlif sahələrini əhatə edən islahatlar aparılacaq


Fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatların həyata keçiriləcəyinə dair fikirlər səslənməkdədir. İddia edilir ki, seçkilərdən sonra xüsusilə kadr islahatları diqqət çəkəcək. Newscenter.az-ın xəbərinə görə, lə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də seçkilərdən sonra ölkədə islahatların həyata keçiriləcəyini istisna etməyib.

Millət vəkili hesab edir ki, 7 fevral seçkilərindən sonra cəmiyyətin müxtəlif sahələrini əhatə edən islahatlar aparılacaqdır. Nəsib Məhəməliyev onu da qeyd edib ki, 7 fevral seçkiləri xalqın öz liderinin ətrafında olduğunu bir daha dünyaya nümayiş etdirəcək:

"7 fevralda dünyaya göstərməliyik ki, 10 milyonluq xalq öz Liderinin arxasındadır. Belə olan halda, Prezident beynəlxalq təşkilatlar, digər dövlətlər qarşısında daha da effektiv şəekildə milli və dövlət maraqlarımızı qoruyacaq".

Süleyman
Xəbəri paylaş