Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhəddə Çex təxribatı: Məqsəd nədir?

Sərhəddə Çex təxribatı: Məqsəd nədir?


"Çex vətəndaşının Ermənistandan necə Azərbaycan tərəfə keçməsi faktı onu göstərir ki, erməni tərəfi bununla bir Avropa İttifaqı üzvü olan ölkənin vətəndaşının saxlanılacağını yaxşı bilib. Bu da hesab edirəm ki, məqsədli şəkildə Azərbaycanla Avropa İttifaqı arasında gərginlik yaratmaq üçün edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O deyib ki, Ermənistanın sərhədlərinin necə qorunduğu hər kəsə bəllidir:

"Azərbaycan istiqamətində erməni ordusu olduğu üçün onların arasından ancaq icazəli şəkildə keçmək olardı. Belə də olub. Təbii ki, Azərbaycan Çex vətəndaşının nə məqsədlə sərhəddi icazəsiz keçdiyini aydınlaşdıracaq. Amma bunun təxribat məqsədi güddüyü açıqdır".

Azər Qasımov bildirib ki, Çex vətəndaşının bunu etmək üçün şəxsi səbəblərinin olduğunu deməsi məntiqdən kənardır:

"Görünən odur ki, bu, məqsədli şəkildə təşkil olunan hərəkətdir. Çex vətəndaşı da özünü qurban verib. Bu fakt araşdırılmalıdır. Çex vətəndaşının nə kimi problemi ola bilər ki, o, özünü ona aid olmayan konfliktə qurban versin. Bu normal insan işi deyil".

Süleyman
Xəbəri paylaş