Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səsvermə günü də seçicilər yüksək seçki fəallığı nümayiş etdirərəklər -İCTİMAİ BİRLİK SƏDRİ

Səsvermə günü də seçicilər yüksək seçki fəallığı nümayiş etdirərəklər


2024-cü il, fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabagı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də “Milli İnkişaf” İctimi Birliyinin üzvlərinin növbəti görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 7 fevral növbədənkənar prezident seçkilərini Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi dəyərləndirib. Rəhbərlik etdiyi qurumun təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verən Arzuman Muradlı ümumən, kampaniyanın uğurla aparıldığını və hakim partiyanın namizədi Cənab İlham Əliyevin təşviqatının YAP tərəfindən yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. O əmin iolduğunu bildirib ki, səsvermə günü də seçicilər yüksək seçki fəallığı nümayiş etdirərək YAP-ın namizədi İlham Əliyevə səs verərək onu qalib lider edəcəklər.

Sonda Arzuman Muradlı İctimai Birlik üzvlərinə bir daha səsvermə günü aktiv olmağı tövsiyə edib.

Süleyman
Xəbəri paylaş