Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Newscenter.az-a bildirilib ki, həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Mehman Mehdiyev