“Hər seçkilərdə olduğu kimi növbədənkənar prezident seçkilərində də hakim Yeni Azərbaycan Partiyası uğurlu seçki kampaniyası həyata keçirdi”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, seçkinin bütün mərhələlərini Yeni Azərbaycan Partiyası yüksək peşəkarlıqla həyata keçirib:
“Həmçinin, təbliğat-təşviqat mərhələsi də uğurla başa çatdı. Hakim partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında şəxsən iştirak edən biri kimi deyə bilərəm ki, YAP-ın təşviqat görüşləri ən yüksək səviyyədə baş tutdu. İstər paytaxtda, istərsə də regionlarda hakim partiya təşivat görüşləri keçirərək Cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırdı”.
Arzuman Muradlı əmin olduğunu bildirib ki, yüksək peşəkarlıqla həyata keçirilən təbliğat-təşviqat kampaniyasının nəticəsini hakim partiyanın çoxminlik üzvləri, eləcədə ümumilikdə Azərbaycan xalqı səsvermə günü görəcək və Cənab İlham Əliyev yenidən xalqın etimadını, səsini qazanaraq növbəti müddətə Azərbaycan Respublikasının prezidenti seçiləcək”.
Süleyman