Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzi: "İlham Əliyevə rəqib görmürük və onun namizədliyini dəstəkləyirik"

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzi: "İlham Əliyevə rəqib görmürük və onun namizədliyini dəstəkləyirik"


“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzinin növbəti toplantısı keçirilib.

Newscenter.az-a Mərkəzdən daxil olan xəbərdə bildirilib ki, toplantıda növbədənkənar prezident seçkilərilə bağlı məsələ müzakirə olunub. Seçki ilə bağlı bəyanat qəbul edən Mərkəz, bütün üzvlərinin səsvermədə aktiv iştirakının vacibliyini vurğulayıb və müvafiq tövsiyyələr verilib.

Toplantıda eyni zamanda seçkiyə qədər və seçkidən sonrakı dövrlər üçün təhlillər aparılıb, 44 günlük vətən müharibəsindəki tarixi qələbəmiz, antiterror əməliyyatı zamanı ərazi bütövlüyümüzün tam bərpa olunması və şanlı bayrağımızın bütün Azərbaycan ərazisində dalğalanması və.s növbədənkənar prezident seçkisinin keçirilməsini şərtləndirən əsas amillər kimi xarakterizə edilib. Qeyd edilib ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbitidir.

"Müstəqillik tariximizdə ilk dəfədir ki, xalqımız qalib ölkənin vətəndaşları olaraq səs verəcəklər. Həm də bu seçkini digərlərindən fərqləndirən əsas amil odur ki, 30 illik işğala son qoymuş, suverenliyini tam bərpa etmiş xalq daha böyük ruh yüksəkliyi və gələcəyə inamla öz prezidentini seçəcək və bu seçki “Zəfər” seçkisi kim tarixə düşəcək.

Yuxarıda qeyd olunan bütün tarixi nailiyyətlərin memarı xalqımız, ordumuz və Ali Baş Komandan Cənab İlham Əliyevdir. Təbii ki, tarixi qələbəmizi şərtləndirən mühit birdən-birə formalaşmadı. Azərbaycan prezidentinin çevik xarici siyasəti və ölkə daxilindəki dəqiq islahatları, bu mühiti formalaşdıran əsas şərtlər oldu".

Bəyanatda, "Bütün bu məqamları nəzərə alaraq, 07.02.2024 tarixində keçiriləcək növbədənkənar prezident seçkisində biz “YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzi olaraq Cənab İlham Əliyevə rəqib görmürük və onun namizədliyini dəstəkləyirik. Əminik ki, seçkidən sonra ölkəmiz Cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, xalqımız daim firavan həyat yaşayacaq. Bütün vətəndaşlarımızı keçiriləcək seçkidə aktiv olmağa çağırırıq",-deyə bildirilir.

Süleyman
Xəbəri paylaş