Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunub

1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiq olunan yeni üsullardan biri kimi, 2022-ci ildən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də başlanıb.

Newscenter.az Nazirliyə istionadən bildirir ki, Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi ippoterapiya 6 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.

Ötən dövrdə əlilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb edilib.

Həftədə bir dəfə keçirilən ippoterapiyada əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu eyni zamanda əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Sona
Xəbəri paylaş