Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY-də seçkidə iştirak qaydaları barədə maarifləndirici sessiya keçirilib

ADY-də seçkidə iştirak qaydaları barədə maarifləndirici sessiya keçirilib


Azərbaycan Dəmir Yollarının (ADY) xidmət sahələrində 7 fevral tarixində növbəli rejimlə çalışan əməkdaşlarına seçkidə iştirak qaydaları barədə maarifləndirici sessiya keçirilib.

Newscenter.az quruma istinadən bildirir ki, onlar qeydiyyatda olduqları seçki məntəqəsindən aldıqları sənəd vasitəsilə çalışdıqları xidmət sahələrinə yaxın istənilən məntəqədə səs verə bilərlər və bunun üçün imkan yaradılacaq.

"Ölkəmizin gələcəyi naminə hər birinizi vətəndaş hüququnuzdan istifadə edərək 7 fevral - növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirakçı olmağa çağırırıq",-deyə ADY bildirib.

Süleyman
Xəbəri paylaş