“Tam əminliklə deyə bilərəm ki, seçkinin bütün mərhələlərində olduğu kimi sabah da Azərbayan vətəndaşları siyasi fəallıq nümayiş etdirərək növbədənkənar prezident seçkilərində aktiv iştirak edəcəklər”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, fevralın 7-də Azərbaycan növbəti dəfə azaed və demokratik seçki keçirməklə dünyaya öz sözünü demiş olacaq:
“Dünyanın müxtəlif ölkə və təşkilatlarından seçki prosesini izləməyə gələn beynəlxalq müşahidəçilər də də öz növbəsində fevralın 7-də azad, demokratik və şəffaf şəkildə keçiriləcək seçkilərə şahidlik edəcəklər”.
Arzuman Muradlı, “Fürsətdən istifadə edib bir daha seçiciləri, Azərbaycan xalqını səsvermə prosesində fəal olmağa çağırır, seçki məntəqələrinə gələrək öz layiqli namizədlərinə səs verməyə çağırıram”,-deyə vurğulayıb.
Süleyman