Hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək.
Newscenter.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən biri seçici siyahılarının tərtibi idi:
“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 müşahidəçi qeydiyyatdan keçib”.