Belarusda bundan sonra hərbçilər mülki şəxslərə atəş açmaq hüququna malik olacaqlar.
Newscenter.az xəbər verir ki, bu barədə “Беларуски Гаюн” yazıb. Bildirilir ki, prezident Aleksandr Lukaşenkonun imzaladığı qərara əsasən, Belarusda hərbçilər vətəndaşlara qarşı silah tətbiq etmək hüququ əldə ediblər.
O cümlədən, Belarus prezidenti Silahlı Qüvvələrin Daxili Nizamnaməsinin 11-ci maddəsinin dəyişdirilməsi barədə göstəriş verib. İndi hərbçilərin vətəndaşlara qarşı fiziki güc tətbiq etməsi zamanı vətəndaş xəsarət aldıqda və ya öldükdə bu barədə dərhal prokurora, o cümlədən ibtidai istintaq orqanına məlumat verilir, lakin vurulmuş zərərə görə hərbi qulluqçu məsuliyyət daşımır.
Mehman Mehdiyev