Özbəkistanda bukmeker fəaliyyəti leqallaşdırıla bilər.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, hazırda bu istiqamətdə mövcud imkanlar nəzərdən keçirilir. Özbəkistanın Perspektivli Layihələr üzrə Milli Agentliyinin direktorunun birinci müavini Vaçeslav Pak deyib ki, qumar və bukmeker oyunlarının qanuniləşdirilməsi və ya leqallaşdırılmaması cəmiyyətdə çox mübahisəli məsələdir:
"Bunun nə vaxt qanuniləşəcəyini söyləmək çətindir. Konkret tarixləri proqnozlaşdırmaq hələ tezdir. Məsələ öyrənilir və veriləcək təkliflərə baxılmasının nəticələrinə əsasən qərar veriləcək”.
Qeyd edək ki, prezidentin 7 aprel 2023-cü il tarixli “Kütləvi və peşəkar futbolun hərtərəfli inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” qərarı ilə müvafiq nazirliklərdən ibarət xüsusi işçi qrupu yaradılıb və Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb. Bu “qabaqcıl xarici təcrübə əsasında futbolun maliyyələşdirilməsi sisteminin genişləndirilməsi üzrə bukmeker fəaliyyəti”nin həyata keçirilməsi ilə bağlıdır. 2019-cu ilin dekabrında Mirziyoyev 2021-ci ildən respublikada bukmeker kontorlarının açılmasına icazə verən fərman imzalayıb.
Məlumat üçün qeyd edək ki, bu günə qədər Özbəkistanda bukmeker xidmətlərini təbliğ edən 27 sayt bloklanıb.
Mehman Mehdiyev