"Azərbaycan-Ermənistan sərhədində bu günlərdə baş verən hadisə və Çexiya vətəndaşının Ermənistan ərazisindən Azərbaycan tərəfinə keçməsi təsadüfi deyil və sərf təxribat xarakterlidir".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, sözügedın təxribatın ssenarisi isə Fransa tərəfindən hazırlanıb:
"Bu məkirli planı hazırlayan Fransa ehtimal edirdi ki, sərhəd pozucusuna qarşı Azərbaycan hərbiçiləri atəş açacaq və bu da beynəlxalq skandala səbəb olacaq. Ancaq Paris unudur ki, Azərbaycan hərbiçiləri fransız əsgərləri kimi qaniçən, vəhşi deyillər".
Analitik Qrup hesab edir ki, hətta Azərbaycan sərhədçilərinin sərhədi pozan şəxsin "dayan" əmrinə tabe olmadığı təqdirdə atəş açmağa da hüququ vardır:
"Bir sözlə Azərbaycana qarşı qurulan tələ, hazırlanan təxribat istədikləri kimi alınmadı. Ancaq bütün halda indi daha ayıq-sayıq olmalıyıq. İndi ermənidən də hiyləgər və qaniçən Fransa ilə qarşı-qarşıyayıq".
Nərgiz Əzizova