Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda kriminal elementləri olan filmlərin nümayişi məhdudlaşdırılacaq

Ermənistanda kriminal elementləri olan filmlərin nümayişi məhdudlaşdırılacaq



Ermənistanda günün müəyyən saatlarında kriminal elementləri olan filmlərin nümayişi məhdudlaşdırılacaq.

Newscenter.az news.am-a istinadən bildirir ki, bunu hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan deyib. Onun sözlərinə görə, məhdudlaşdırılma saat 06:00-dan 00:00-a qədər olan müddəti əhatə edəcək.

Hovhannisyanın fikrincə, televiziya və radio stansiyalarında kriminal subkulturanın təbliğatını əks etdirən filmlərə, seriallara və ya audiovizual proqramlara tez-tez rast gəlmək olur ki, bu da istər-istəməz ölkədə kriminal halların artmasına gətirib çıxarır.

Hovhannisyan bildirib ki, belə filmlər azyaşlılara da mənfi təsir göstərir.

Artur Hovhannisyan qeyd edib ki, bu normaların pozulması halında yayımçı gəlirinin 0,02 faizi məbləğində cərimə olunacaq. Lakin bu məbləğ 400 min dramdan çox olmamalıdır.

Mehman Mehdiyev
Xəbəri paylaş