Ermənistanda təhsil müəssisələrinin tələbə və şagirdləri arasında kütləvi davaların baş verməsi adi hala çevrilib. Bir neçə gün əvvəl paytaxt İrəvanda universitet tələbələri arasında baş verən kütləvi davadan sonra, fevralın 6-da Çexov adına 55 saylı məktəbdə anoloji hadisə yaşanıb.
Newscenter.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, kütləvi dava məktəbin 8-ci sinif şagirdləri arasında olub. Şagirdlər arasında yaşanan mübahisə sonradan əlbəyaxa döyüşə keçib. Qısa müddətdə davaya məktəbin digər şagirdləri də qoşulub.
Məlumata görə, dava nəticəsində bir neçə şagird kəllə-beyin travması alıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Mehman Mehdiyev