"Bu onu göstərir ki, Azərbaycanla Ermənistan arasında olan sərhəddə təxribat yaratmaq istəyən Fransa öz vətəndaşları ilə kifayətlənməyərək digər ölkələrin, o cümlədən Çexiya Respublikasının vətəndaşlarını bu istiqamətdə müxtəlif təxribatlara cəlb etməyə çalışır. Beləliklə, Fransa Ermənistanla Azərbaycan arasında sərhəddə baş verə biləcək hər hansı qarşıdurmanın miqyasını genişləndirməyə və digər Avropa ölkələrini Azərbaycana qarşı kökləməyə cəhd göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov Çexiya vətəndaşının Ermənistan istiqamətindən Azərbaycan sərhədini pozmasını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Fransada yaxşı anlayırlar ki, təkbaşına və Ermənistanı bu prosesə cəlb etməklə nəyəsə nail ola bilməyəcəklər:
"Ona görə Azərbaycanla yaxşı münasibətlərə malik olan dövlətlərin vətəndaşlarını bu cür təxribatlara cəlb etməyə çalışırlar. Düşünürəm ki, bütün bunlar təhlükəli oyunlardır və ölkəmizin suverenliyinə qarşı yönəlibdir. Ələxsus indiki sərhəddə gərgin məqamın olduğu bir dönəmdə bütün bu təxribatlar bölgədə vəziyyətin daha da gərginləşməsinə xidmət edə bilər. Azərbaycan sərhəddində belə halların baş verməsi xoşagələn hal deyildir".
Anar Əliyev