"Ermənistanın indiki rəhbərliyi və onun müxtəlif əlaltıları tərəfindən konstitusiya çevrilişinə cəhd edilir. Konstitusiya islahatları pərdəsi altında müstəqil Ermənistan dövlətçiliyini aradan qaldırmağa, onu Türkiyə və Azərbaycandan asılı olan yarımdövlət qurumuna çevirməyə çalışırlar".
Newscenter.az hraparak.am-a istiinadən bildirir ki, bunu erməni ictimai fəal Avetik Çalabyan deyib. Onun sözlərinə görə, yeni konstitusiyanın qəbul edilməsində məqsəd erməni xalqının əsas milli məqsədlərini müəyyən edən Ermənistanın Müstəqillik Bəyannaməsinin faktiki olaraq ləğv etməkidir.
"İndiki rejimin nümayəndələri özləri də etiraf etdilər ki, bütün bunları Bakı və Ankaranın məcburiyyəti ilə edirlər, üstəlik, erməni xalqını bu məcburiyyətə tabe olmadıqları təqdirdə yeni müharibə ilə hədələyirlər", - Çalabyan bildirib.
Mehman Mehdiyev