Macarıstan İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan "qaçqın" düşmüş ermənilərə yardım göstərəcək.
Newscenter.az news.am-a istinadən bildirir ki, bunu Macarıstan prezidenti Katalin Novak Ermənistan prezidenti Vaaqn Xaçaturyanla keçirdiyi birgə mətbuat konfransında deyib. Macar dövlət başçısı Qarabağdan olan erməni "qaçqınlar" üçün ayrılacaq yardımın 40 milyon macar forinti təşkil edəcəyini deyib.
Katalin Novak həmçinin Qarabağdan "qaçqın" düşmüş erməni uşaqların da yay tətilinin səmərəli keçirilməsi üçün ölkəsinin müvafiq addımlar atacağını və 1000 erməni uşağın istirahət üçün Macarıstana aparılacağını deyib.
Mehman Mehdiyev