6 fevral 2024-cü il tarixində Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib. Əhməd İsmayılov ikitərəfli əməkdaşlığın genişləndirilməsi və aktiv informasiya mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırdı
Mərakeşli jurnalistlər görüşün təşkilinə görə təşəkkürlərini bildirib, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media sahəsində effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunublar.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Süleyman