Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Xarici Kəşfiyyat Xidmətində dəyişiklik etdi

Paşinyan Xarici Kəşfiyyat Xidmətində dəyişiklik etdi


Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Nazirliyi, eləcə də Xarici Kəşfiyyat Xidmətində kadr islahatlarını davam etdirir.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, baş nazir Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyində dəyişikliklər edib. Belə ki, fevralın 6-da baş nazir Paşinyan Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Baş nazirin imzaladığı sənəd əsasında “Xarici kəşfiyyat fəaliyyəti və xarici kəşfiyyat xidməti haqqında” qanunun 19-cu maddəsinin 2-ci hissəsi və “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 5-ci hissəsi rəhbər tutularaq Hrant Jilavyan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini təyin edilib.

Anar Əliyev
Xəbəri paylaş