Ermənistanın baş naziri Nikol Paşinyanın xalq arasında reytinqi getdikcə aşağı düşür.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu ilin əvvəlində ölkədə keçirilən rəy sorğularının nəticələri belə deyir.
Belə ki, “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin Ermənistanda keçirdiyi son rəy sorğusunun nəticəsinə görə, "baş nazir Nikol Paşinyana nə dərəcədə etibar edirsiniz” sualına respondentlərin 15,1%-i “tam etibar edirəm” cavabını verib. Halbuki 2023-cü ilin noyabrında keçirilən sorğulara əsasən, respondentlərin 20,4%-i Paşinyana tam etibar etdiyini bildirmişdi.
Əgər keçən il 18,6 faiz Paşinyana güvənmədiyini deyirdisə, bu il bu rəqəm 28,3 faiz təşkil edib.
Respondentlərin 38,1 faizi isə Nikol Paşinyana ümumiyyətlə inanmadığını bildirib.
Mehman Mehdiyev