Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan zəlzələlərin sayına görə dünyada altıncı yeri tutub

Qazaxıstan zəlzələlərin sayına görə dünyada altıncı yeri tutub



Qazaxıstan cari il ərzində baş vermiş zəzələ sayına görə dünyada altıncı yeri tutub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2024-cü ilin ilk ayında 2023-cü illə müqayisədə iki dəfə çox zəlzələ qeydə alınıb.
Ümumilikdə isə Qazaxıstan zəlzələlərin sayına görə reytinqdə 58-ci yerə yüksəlib. Cari ilin əvvəlindən respublika ərazisində 123 zəlzələ qeydə alınıb. Ən yüksək 7 bal gücündə bu il yanvarın sonunda Almatıda baş vermiş zəlzələdir.

2023-cü ildə isə Qazaxıstanda cəmi 55 zəlzələ qeydə alınıb və ən yüksək maqnituda 5,3 bal olub. Qazaxıstanda sonuncu zəlzələ fevralın 2-də səhər saatlarında Tarazda qeydə alınıb. Zəlzələnin gücü 4,4 bal olub.

Məlumata görə, 2000-2023-cü illər arasında dünyada 5 və daha çox bal gücündə 42.300 zəlzələ qeydə alınıb.

Mehman Mehdiyev
Xəbəri paylaş