İsrailin keçən ilin oktyabr ayından Qəzzaya endirdiyi zərbələrdən orada fəaliyyət göstərən səhiyyə müəssisələrinin 84 faizi zərər görüb.
Newscenter.az trthaber-ə iatinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Təşkilatın X sosial media hesabında yaydığı açıqlamada qeyd edilib ki, həmçinin UNRWA-nın bölgədə olan 22 səhiyyə müəssisəsi də İsrail zərbələrindən zərər görüb. Onlardan yalnız 4-ü fəaliyyətini qismən də olsa davam etdirir.
QQeyd edək ki, İsrailin keçən ilin 7 oktyabrından Qəzza zolağına təşkil etdiyi hücumlarda 12 mini uşaq və 8 min 190 qadın olmaqla ümumilikdə 27 min 585 fələstinli həlak olub, Bu müddət ərzində 66 min 978 nəfər isə yaralanıb.
Mehman Mehdiyev