Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda silahlı hücumla əlaqəli 40 nəfər saxlanılıb

İstanbulda silahlı hücumla əlaqəli 40 nəfər saxlanılıb


Bu gün Türkiyənin İstanbul şəhərində Ədliyyə binasına həyata keçirilən silahlı hücumda şübhəli bilinən 40 nəfər həbs edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib. O, Çağlayan Ədliyyəsində törədilən terror aktı ilə bağlı 40 nəfərin saxlanıldığını açıqlayıb. Yerlikaya deyib ki, hadisədən sonra polis tərəfindən 25 ünvanda axtarış tədbirləri həyata keçirilib. Nazir şübhəlilərin axtarışlarının davam etdiyini söyləyib.

Qeyd edək ki, bu gün İstanbuldakı Çağlayan Ədliyyəsinə edilən terror hücumu zamanı 2 nəfər həkak olub, 5 nəfər yaralanıb. Ölənlər Ədliyyə binasına basqın edən terroristlər olub.

Mehman Mehdiyev
Xəbəri paylaş