Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının rəhbəri ilə görüşüb

Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının rəhbəri ilə görüşüb


Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının müşahidə missiyasının rəhbəri, Dumanın Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə komitəsi sədrinin müavini Artyom Turovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az xəbər verir ki, görüşdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdəki şəffaf və demokratik seçki mühitindən bəhs edib, bütün namizədlərə bərabər imkanların yaradıldığını vurğulayıb.

Tahir Budaqov YAP-ın seçkilərə hazırlıq işləri barədə məlumat verib, bununla bağlı partiyanın Tədbirlər Planında nəzərdə tutulan əsas hərəkət və tədbirlərin indiyədək vaxtında və tam şəkildə icra olunduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri A.Turov qeyd edib ki, missiyanın apardığı ilkin müşahidələr seçkilərə hazırlıq işlərinin sistemli şəkildə həyata keçirildiyini göstərir. O, seçki qanunvericiliyinə uyğun olaraq bütün namizədlər üçün bərabər imkanların və ədalətli rəqabət mühitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib.

Sonda Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının fəaliyyətinin seçkilərlə əlaqədar təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək missiyanın işinə uğurlar arzulayıb.

Süleyman
Xəbəri paylaş