Qazaxıstanın yeni baş nazirinin adı məlum olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu Oljas Bektenovdur. Onun baş nazir postuna namizədliyi Əmanət Partiyası tərəfindən irəli sürülüb.
Prezident Tokayev də öz növbəsində Bektenovun baş nazir postuna namizədliyini qəbul edib.
"Hesab edirəm ki, hökumətin işinə yeni təkan vermək lazımdır. Bütün cəmiyyət bunu gözləyir. Ona görə də dünən Əlixan Smayılovun istefasını qəbul etdim", - deyə Tokayev bildirib.
Mehman Mehdiyev