Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşların seçki prosesinə diqqəti və marağı yüksək səviyyədədir: -NƏSİB MƏHƏMƏLİYEV

Vətəndaşların seçki prosesinə diqqəti və marağı yüksək səviyyədədir:


“Başa çatmaqda olan seçki prosesi bütövlükdə qanunvericiliyin tələbləri əsasında həyata keçirilib. Namizədlərin irəli sürülməsi, imzatoplama kampaniyası, seçki dairə və məntəqə komissiyalarının işinin təkmilləşdirilməsi, 1 000 seçki məntəqəsində veb-kameraların quraşdırılması, müşahidəçilərin qeydə alınması, seçici siyahılarının dəqiqləşdirilməsi kimi prosedurlar tamamlanıb. Bütün bunlar Konstitusiyaya, seçki qanunvericiliyinə və MSK-nın qərarlarına əsaslanıb. İndi hər kəs səsvermə gününü gözləyir. Mən hər kəsi səsvermə günündə fəallıq göstərməyə çağırıram”.

Newscenter.az xəbər verir ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, yerli QHT-lərin, monitorinq koalisiyalarının apardıqları müşahidələr onu göstərir ki, vətəndaşların seçki prosesinə diqqəti və marağı yüksək səviyyədədir: “Təbii ki, bunun da obyektiv səbəbləri var. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirləri regionda yeni siyasi reallıqlar yaradıb. Bu reallıqların fonunda Azərbaycan özünün yeni inkişaf mərhələsini formalaşdıracaq və prezident seçkiləri həm də bu mənada mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlarımız prosesi diqqət mərkəzində saxlayır. Əminəm ki, bu diqqət seçki günü yüksək seçici fəallığına yol açacaq. Bütün seçiciləri fevralın 7-də seçki məntəqələrinə gəlməyə və Kontitusiya ilə təsbit olunan hüquqularından istifadə etməyə çağırıram”.
Xəbəri paylaş