Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Çindəki səfirliyində səsvermə başa çatıb

Azərbaycanın Çindəki səfirliyində səsvermə başa çatıb


Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində səsvermə prosesi bitib.

Bu barədə Newscenter.az-a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb.

"Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər. Bayram əhvali-ruhiyyəsində keçirilən seçkilərdə Azərbaycan vətəndaşları xüsusi fəallıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.

Nərgiz Əzizova
Xəbəri paylaş