Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Özbəkistan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da səsverməyə start verilib.
Newscenter.az xəbər verir ki, Daşkənd şəhərində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin binasında yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 53 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla 08:00-da açılıb.
Daşkənd şəhəri və ətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər. Qeyd edək ki, Daşkənd şəhərində yaradılmış sözügedən seçki məntəqəsində səhər saatlarından seçici aktivliyi müşahidə olunur.
Süleyman