Çilidə bir neçə gündür davam edən meşə yanğınları nəticəsində həlak olanların sayı 131-ə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Çili Hüquq Sağlamlığı Xidmətindən (SML) verilən açıqlamada, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artma ehtimalının çox oilduğu bildirilir.
Çünki Vina del Mar şəhərinin meri Macarena Ripamonti mətbuata verdiyi açıqlamada 300 nəfərin itkin düşdüyünü təxmin etdi.
Yanğından 9200 evin zərər çəkdiyi bildirilir. Bundan başqa təkcə son 3 gündə 20 min hektar ərazi yanaraq külə dönüb.
Mehman Mehdiyev