Qırğızıstan prezidenti Sadir Japarov ölkəsini insan hüquq və azadlıqlarının pozulmasında ittiham edən ölkələrə qarşı sərt mövqe ortaya qoyub.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, Japarov insan haqları və söz azadlığı üzrə dünya reytinqinin məhz söz azadlığını pozanlar tərəfindən formalaşdırıldığını deyib.
Dövlət başçısı deyib ki, Qırğızıstanda insan hüquqları və söz azadlığı qorunur.
"Qlobal reytinq bu söz azadlığına bürünmüş korrupsionerlərdən təşkil olunub. Əgər onların şərtlərini, xalqımızın təbiətinə uyğun olmayan korrupsiya siyasətini qəbul edib, xalqımız arasında yaysaq, o zaman onların hazırladığı reytinqlərdə öndə olacağıq. Ancaq biz onların yalançı reytinqini qəbul etmirik. Reallıqda Qırğızıstan insan haqları və söz azadlığı sahəsində ön plandadır".
Prezident deyib ki, ölkədə hər kəs öz istədiyini deyə bilər, fikir bildirməyə qadağa yoxdur:
"Ölkəmizdə demokratiya onlardan qat-qat yüksək səviyyədədir. Demokratiyadan düzgün istifadə etməyi öyrənməliyik”, – deyə Japarov bildirib.
Mehman Mehdiyev