Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və Litva müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Ermənistan və Litva müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb


Ermənistan və Litvanın müdafiə nazirlikləri arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib.

Newscenter.az news.am-a istinadən bildirir ki, iclasda Ermənistan və Litva arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və perspektivləri müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.

Məsləhətləşmələrin sonunda Ermənistan Respublikası və Litvanın Milli Müdafiə nazirlikləri arasında 2024-cü il üçün əməkdaşlıq planı imzalanıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Nazirlik bildirib ki, görüş Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanla Litvanın Milli Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və əməliyyat qrupunun rəhbəri Algirdas Norkusa arasında olub.

Mehman Mehdiyev
Xəbəri paylaş