Ermənistanda iş adamları, iri biznesmenlər hakim “Vətəndaş müqaviləsi” partiyasına ianə köçürməyə məcbur edilirlər.
Newscenter.az news.am-a istinadən bildirir ki, təkcə cari ilin əvvəlindən bu günə qədər hakim pariyanın hesabına müxtəlif iş adamları tərəfindən 2,5 milyon dram köçürülüb.
Ümumilikdə isə bu günə qədər “Vətəndaş müqaviləsi” partiyasına 996 "donor" tərəfindən 509 milyon 085 min 950 erməni dramı köçürülüb ki, bu da təxminən 1 milyon 262 min 681 dollar edir.
Hakim partiyaya ianə köçürən iri şirkətlər arasında ən çox köçürmə ilə "Bas Voyage" MMC ön sırada dayanır. Onun köçürdüyü məbləğ 700.000 dram təşkil edib. Həmçinin, ayrı-ayrı nazirlik və komitə rəhbərləri də hakim partiyaya ianə köçürməyə məcbur edilir. Saytın yazdığına görə, Ermənistanın daxili təhlükəsizlik şöbəsinin rəhbəri 250 min dram, İrəvan bələdiyyəsinin binanın abadlaşdırılması şöbəsinin keçmiş rəisi 2 milyon dram, İrəvan Ağsaqqallar Şurasının üzvü: 1 milyon dram, Ani icmasının rəhbəri Arman Sarıbekyan 200 min dram köçürmə edib.
Mehman Mehdiyev