Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada müəllimlərin aksiyası başladı

Fransada müəllimlərin aksiyası başladı


Fransada fermerlərin ardınca təhsil işçiləri də etiraz aksiyasına başlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Parisdə müəllimlər maaşların artırılması tələbi ilə etiraz aksiyası keçiriblər. Şəhərin Edmond Rostand meydanına toplaşan müəllimlər Təhsil Nazirliyinə doğru piyada yürüş ediblər.

Təhsil, Gənclər, İdman və Olimpiya Oyunları naziri Ameli Oudea-Kasteranın istefasını tələb edən nümayişçilər orta məktəblərdə şagirdlərin səviyyələrinə görə siniflərə bölünməsi praktikasına da etiraz ediblər.

Hələlik qüvvəyə minməmiş bu təcrübə çərçivəsində orta məktəb 1-ci və 2-ci sinif şagirdlərinin fransız dili və riyaziyyat kurslarında səviyyələrinə görə müxtəlif siniflərə bölünməsi nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş