Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev: "Partlayışların əksəriyyəti hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir"

Hikmət Hacıyev: "Partlayışların əksəriyyəti hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir"


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, mina insidentləri ilə bağlı araşdırmalar partlayışların əksəriyyətinin keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verdiyini göstərir.

Newscenter.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda mina qurbanları artmaqda davam edir:

"Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib. Mina insidentləri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, “kütləvi qırğın silahı” məntiqi ilə dinc əhalini terrora məruz qoymaq, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur".

Mehman Mehdiyev
Xəbəri paylaş