"İndiyə qədər keçirilən seçkilərdə belə bir seçici fəallığı olmayıb".
Bu fikirləri Newscenter.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov növbədənkənar prezident seçkilərindən danışarkən səsləndirib. 16 saylı Yasamal seçki dairəsinin 19 saylı məntəqəsində səs verdiyini diqqətə çatdıran Mərkəz rəhbəri, səhər saatlarından səsvermə prosesində növbə müşahidə etdiyini vurğulayıb:
"Səsverməyə start veriləndən qısa müddət sonra seçki məntəqəsinə getsəm də, xeyli sayda seçicinin öz vətəndaş mövqeyini bildirmək üçün səsverməyə gəldiyini gördüm. Cəmiyyətimizin, vətəndaşlarımızın seçki fəallığı sevindirici haldır. O mənada ki, vətəndaşlarımız ictimai-siyasi proseslərə, ölkəmizin həyatı baxımından mühüm əhəmiyyət kəsb edən seçkilərə biganə qalmırlar, prosesdə yaxından iştirak edirlər".
Ramil Hüseynov növbədənkənar prezident seçkilərinin dövlətimiz, xalqımız üçün xeyirli, uğurlu olmasını arzulayıb.
Süleyman