İtaliya parlamentindən olan müşahidəçi Andrea Di Cüzeppe Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində gənclərin yüksək fəallığını məmnunluqla qeyd edib.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu italiyalı parlamentari jurnalistlərə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində apardığı müşahidələrin nəticələrinə əsasən deyib.
“Seçkilərdə fəallığın yüksək olması bizi müsbət mənada təəccübləndirdi. Səhər saatlarından fəallıq çox yüksək idi. Gənclər səsvermədə aktiv iştirak edirlər”, - o bildirib.
İtaliyalı parlamentari vurğulayıb ki, Azərbaycan gəncləri Avropa İttifaqı ölkələrindən fərqli olaraq seçkilərdə səsvermədə iştirak etməkdə maraqlıdırlar: “Avropada insanları səsvermə hüquqlarından istifadə etməyə razı salmaq problemlidir”.