Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Korrupsioner məmurlardan müsadirə edilən pullar məktəb tikintisinə sərf olunacaq

Korrupsioner məmurlardan müsadirə edilən pullar məktəb tikintisinə sərf olunacaq


Qazaxıstanın yeddi rayonunda, eləcə də Çimkent və Astana şəhərlərində yeni məktəb binaları inşa olunacaq.

Newscenter.az xəbər verir ki, "Sputnik Qazaxıstan" Qazaxıstanın Təhsil İnfrastrukturuna Dəstək Fonduna istinadən bu barədə məlumat yayıb. 15 minə yaxın şagird yerlik 20 yeni məktəbin tikiləcəyi xəbərini Qazaxıstanın Təhsil Nazirliyi də təsdiqləyib.

İlkin olaraq üç məktəbin Çimkent şəhərində, Jetısu və Qızılorda vilayətlərində, dörd məktəbin Jambil vilayətində, iki məktəbin Astana və Almatı şəərlərində, bir məktəbin Qərbi Qazaxıstan vilayətində tikintisi nəzərdə tutulub. Plana əsasən digər məktəblər isə Pavlodar və Şimali Qazaxıstan vilayətlərində inşa olunacaq.

Qeyd edək ki, sözügedən təhsil ocaqları korrupsioner məmurlardan müsadirə olunan vəsaitlər hesabına tikiləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş