Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lukaşenko Özbəkistana gəlir

Lukaşenko Özbəkistana gəlir


Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistana səfıərə gəlir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, rəsmi xarakter daşıyan səfər. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutur.

Fevralın 7-9-u tarixlərində Özbəkistanda səfərdə olacaq Lukaşenko, səfər proqramına uyğun olaraq yüksək səviyyəli danışıqlar aparacaq, Özbəkistan və Belarus arasında çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edəcək.

Səfər zamanı tərəflər peşə təhsili, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində tərəfdaşlığın inkişafı proqramlarını da müzakirə edəcəklər.

Səfər zamanı aparılan danışıqların sonunda bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş