Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
Newscenter.az AHK-nin mətbuat xidmətinə istinadən bildirir ki, o, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 79-cu məntəqəsində səs verib.
Səsvermə prosesindən sonra fikirlərini bölüşən Əlisahib Hüseynov, "Mən bu gün Bütövləşmiş Azərbaycana, Qalib Azərbaycana, Qalib Liderə səs verdim. Xalqımızın siyasi fəallığı ilə, seçki mütəşəkkilliyi ilə gerçəkdən qürur duymaq olar. Vətəndaşlarımız seçkidə yüksək fəallıq göstərir. Çünki bu dəfə hər kəs fərqindədir ki, bu gün Bütöv Azərbaycanda ilk dəfədir prezident seçkiləri keçirilir. Prezident seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən, işğaldan azad edilmiş Qarabağda keçirilməsi həqiqətən də tarixi hadisədir. Biz bu günü illərlə gözləmişdik. Arzumuzu gerçəkləşdirən Şanlı Ordumuz, Müzəffər Ali Baş Komandanımız var olsun! Şəhidlərimizin ruhları şad olsun!”,-deyə bildirib.
Süleyman