Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ən aldadıcı psixopatoloji problem hansıdır?

Ən aldadıcı psixopatoloji problem hansıdır?


Son illərdə tibbdə yeni xəstəlik adları, insan orqanizmində aşkar edilən yeni pozuntular barədə danışlır. Əgər 30-40 il əvvəl insan həyatı üçün ən ciddi təhlükəli xəstəlik infarkt, yaxud insult sayılırdısa, bu gün xərçəng, autizm, daun kimi xəstəliklərə geniş rast gəlinir.

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, son illərdə rast gəlinən problemlərdən biri də konversion pozuntudur. Onun sözlərinə görə, konversion pozuntu ən təəccübləndirici və aldadıcı psixopatoloji problemlərdən biridir:

"Hissi və ya iradi sistemlərdəki əlamət və ya əskikliklərin yaratdığı, pasiyentdə tibbi və ya nevroloji vəziyyətin olmadığı vəziyyətdir. Hissəvi iflic, korluq, karlıq və saxta qıcolmalar tipik nümunələr arasındadır".

Ülviyyə Murtuzova deyib ki, konversion pozuntu yeni termindir və əvvəllər bu pozuntu isteriya adı altında qruplaşan bir neçə pozuntudan biridir.

Anar Əliyev
Xəbəri paylaş